Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMqT Azərbaycan nümayəndəliyi “Azərbaycanda readmissiya idarəetməsinin gücləndirilməsi” layihəsinin Rəhbər Komitəsinin beşinci onlayn iclasını keçirdb



Newscenter.az.27.10.2021. “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi Model Readmissiya İşlərinin İdarə Edilməsi Sisteminin (RCMS) fərdiləşdirilməsi üçün Sxemləşdirmə Sənədinin təqdim edilməsi ilə ən mühim fazasına keçid aldı. BMqT-nin Model RCMS platformasına əsaslanan və Azərbaycan Respublikası ilə Avropa İttifaqına üzv dövlətlər arasında təklif olunan RCMS-i əks etdirən sənəd 26 oktyabr 2021-ci il tarixində keçirilən Layihənin Rəhbər Komitəsinin beşinci iclasının əsas müzakirə mövzusu olmuşdur. Sənəd, Azərbaycanda tətbiq olunacaq RCMS-in dizayn çərçivəsini, readmissya sorğusu iş axını funksiyalarını, qeyri-iş axını funksiyalarının fərdiləşdirilməsini və qeyri-funksional tələblərini əhatə edir. Görüş zamanı BMqT-nin Texniki komandası Azərbaycanda RCMS-in quraşdırılmasının dəstəklənməsi üçün zəruri olan infrastruktur və avadanlıq tələblərini qeyd etmiş və fərdiləşdirmənin praktikada necə baş verəcəyini təsvir etmişdir.

Newscenter.az xəbər verir ki, layihənin həyata keçirilməsində nəzərdə tutuluna növbəti addım Sxemləşdirmə Sənədinin Azərbaycan tərəfdaşları, yəni Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilməsi və lazımi avadanlıqların satın alınmasıdır.
İclas, Layihə tərəfdaşları tərəfindən indiyədək görülən işlərdən məmnunluğun ifadə edilməsi və 2022-ci ilin yanvar ayının sonunadək İdarə Heyətinin altıncı iclasının çağırılması barədə razılıq əldə edilməsi ilə bağlandı.

2020-ci ilin may ayından həyata keçirilən “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi BMqT tərəfindən hazırlanmış və EURCAP fondu vasitəsilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən fərdiləşdirilmiş elektron Model RCMS-in Azərbaycanda tətbiqi və istismara verilməsinə yönəlmişdir. Model RCMS zaman və resurs səmərəliliyini artıraraq əvvəllər BMqT tərəfindən işlənib hazırlanmış və tətbiq edilmiş müstəqil RCMS-lərdən öyrənilmiş dərslər və təcrübələr üzərində qurulmuşdur. Azərbaycanın ehtiyac və tələblərinə uyğun olaraq fərdiləşdirilmiş Model RCMS müvafiq maraqlı tərəflər arasında sürətli onlayn ünsiyyətə imkan verəcək və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud Readmissiya Sazişinin vaxt və xərc baxımından səmərəli şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Mehman
Xəbəri paylaş