Daşkəsəndə 17 yaşlı gənc itkin düşüb
Tarix: 27-10-2021, 10:42
Newscenter.az.27.10.2021. Daşkəsəndə gənc oğlan itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü İsgəndərov Araz Ayaz oğlu evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.