Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Şurası Türk Universitetlər Birliyinin V Baş Assambleyası keçirilib



Newscenter.az.27.10.2021
. Türk dünyasının mənəvi paytaxtı Türküstan şəhərində Türk Şurası Türk Universitetləri Birliyinin V Baş Assambleyası keçirilib.

Newscenter.az xəbər verir ki, Universitetlər Birliyinə sədrlik edən Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin ev sahibliyi etdiyi toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan üzv və müşahidəçi universitetlərin rektorları və təmsilçiləri qatılıb.
Türk Şurasının Baş katibi Bağdad Amreyev, Əhməd Yəsəvi Universiteti Qəyyumlar Şurasının sədri Muhittin Şimşek və Universitetin rektoru Janar Temirbekova, Türk Şurası Baş katibinin müavini Ömer Kocamanın moderatorluğu ilə keçirilən toplantının açılışında çıxış ediblər.

Açılış sessiyasında baş katib Bağdad Amreyev Türk Şurasının fəaliyyətində təhsil və elmin əhəmiyyətini vurğulayaraq Katibliyin bu sahədə cari işlərini iştirakçılarla bölüşüb.

Tədbirdə Beynəlxalq Türk Akademiyası adından iştirak edən vitse-prezident Füzuli Məcidli toplantı iştirakçılarını təmsil etdiyi təşkilat adından salamlayıb və Türk dövlətlərinin inteqrasiya prosesində təhsil və elmin önəmini vurğulayıb.

Türk Universitetlər Birliyinin fəaliyyətlərə dair hesabat və 2021-2023-cü illər Yol Xəritəsi iştirakçılara təqdim edilib.

Baş Assambleyada Tərəflər “Orxon Mübadilə Proqramı” ilə bağlı yenilikləri, yeni üzvlük müraciətlərini, 4 noyabr 2021-ci il tarixində İstanbulda keçiriləcək Türk Şurası Təhsil Nazirlərinin 6-cı Toplantısının gündəm məsələlərini, Türk Universitetləri ilə bağlı məsələləri müzakirə ediblər.

Birliyə üzvlük üçün namizədliyini irəli sürmüş universitetlər üzv seçiləcəkləri təqdirdə izləyəcəkləri strategiyalar haqqında təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra Azərbaycan Dövlət İqtisad Universiteti, Qazaxıstan Semey Tibb Universiteti, Qırğızıstan Beynəlxalq Qırğız-Özbək Universiteti, Ankara Universiteti, Mərmərə Universiteti, Uludağ Universiteti, Alanya Keykubat Universiteti, Özbəkistan Dünya İqtisadiyyat və Diplomatiya Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Kokand Universiteti Türk Şurası Türk Universitetlər Birliyinə yeni üzvlər olaraq qəbul ediliblər.

Mehman
Xəbəri paylaş