Newscenter.az.28.10.2021. "Azercell, sən məni sona qədər arxanca apara bilmədin!. Hörmətli Azercell, 14 ilə yaxın sənin abunəçin oldum və bu gündən etibarən səninlə yollarımı ayırmaq qərarına gəldim".
Newscenter.az xəbər verir ki, bu fikirləri sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin rəsmisi Səmayə Məmmədova səsləndirib. O qeyd edib ki, menecmentə, marketinqə, PR-a üstünlük verən bir qurum olaraq abonent itkisinin, ələlxüsus uzun illər sizin müştəriniz olan birinin itirilməsinin nə demək olduğunu məndən yaxşı bilirsiniz:
"Sizdən imtinaya səbəbim- məsuliyyətsizliyiniz, hörmətsizliyiniz və mənə yaratdığınız problemdir. Peşəkarlıq reklamla ölçülmür! Peşəkarlıq münasibət və diqqətlə ölçülür!".
Sevinc