Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" tərəfindən 457 şəhid və 312 qazi ailəsinin su təchizatı yaxşılaşdırılıb"



Newscenter.az.28.10.2021. "Azərsu" ASC son 1 ildə paytaxt və regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görüb.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, daxili imkanlar hesabına həyata keçirilən layihələr çərçivəsində ümumi uzunluğu 51 km olan su xətləri çəkilib. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailənin içməli su təchizatı yaxşılaşdırılıb.

Şəhid ailələri və qazilər üçün çəkilmiş su xətlərindən yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə də yeni birləşmələr verilərək su sayğacları quraşdırılıb və həmin ərazilərdə yaşayan əhali fasiləsiz içməli su ilə təmin olunub.

Ötən müddətdə kanalizasiya problemi olan şəhid və qazi ailələrinin yaşadığı fərdi yaşayış evlərinin tullantı su şəbəkələrinə qoşulması üçün də bir sıra tədbirlər həyata keçirilib. Bu məqsədlə ümumi uzunluğu 3 km olan kanalizasiya xətləri inşa edilib.
Xəbəri paylaş