Newscenter.az.28.10.2021. 2021-ci ilin 9 ayı ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dəymiş ziyanın 405.7 min manatı, yəni 70.9 faizi ödənilib:
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.
Sevinc