Newscenter.az.28.10.2021. 2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib. Newscenter.az=a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bunlardan 4-ü “Zəfər Yolu” üzərində, digər 4-ü isə İsmayıllı rayonunda yerləşir.
Agentlikdən o da bildirilib ki, cari ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib. Bunlar Qala-Pirallahı avtomobil yolunun və Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləridir.
Sevinc