Ermənistanda sərhədyanı məntəqədə qumbara partlayıb, 4 hərbçi yaralanıb
Tarix: 28-10-2021, 14:44
Newscenter.az.28.10.2021. Ermənistanın Qeqarkunik vilayətində sərhədyanı məntəqələrdən birində qumbaranın partlaması nəticəsində 4 hərbçi yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, hadisə oktyabrın 28-də baş verib.
Yaralı hərbçilər hospitala yerləşdirilib.