Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hollandiyada Zəfər Gününə həsr olunmuş konsert təşkil olunacaq



Newscenter.az.28.10.2021. Niderland Krallığında Zefer Bayramına həsr olunmuş "Qələbə və sülh" adlı konsert proqramı təşkil olunacaq.

Bu barədə məlumatı Newscenter.az-a Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova verib. Bildirib ki, konsert proqramı 7 noyabr tarixində Den Haagdaki Theater de Vaillant binasinda keçiriləcək.

Konsertdə Azərbaycandan gələn dəyərli kəmanca ifacısı, Əməkdar artist Xəyyam Məmmədov, xanəndə Nehmət Əliyev, Almaniyadan Qarabağ ansambli və ansamblım solistı 2005-ci il Muğam Müsabiqəsinin və İpək yol müsabiqəsinin qalibi Vüsalə Jabir və Niderlandda yaşayan musiqiçilərimiz bəstəkar müğənni Elcan Rzayev və Frəngiz Bağırova iştirak edəcəklər.

Konsert proqramı Hobbemastraat 120, 2526 JS Den Haag ünvanında baş tutacaq.

Qeyd edək ki, mövcud pandemiya qanunlarina görə, iştirakçılar vaksin sənədini (QR kod) ve ya test nəticəsini de girişdə təqdim etməlidirlər.

NEWSCENTER.AZ
Xəbəri paylaş