Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sabiq deputatı ürəktutmadan vəfat edib-FOTO



Newscenter.az.28.10.2021. Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

"Report" xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.

Məlumata görə, M.Musayev 83 yaşında ürəıktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, M.Musayev 1938-ci il avqustun 18-də anadan olub.

O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991-1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

M.Musayev 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Milli Məclisin sabiq deputatı ürəktutmadan vəfat edib-FOTO
Xəbəri paylaş