Newscenter.az.28.10.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Newscenter.az Xidmətə istinadən xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva və digər nümayəndələr iştirak ediblər.
Məqsəd birgə əməkdaşlığın daha sıx qurulmasında Birliyin rolunun gücləndirilməsi və bu sahədə görüləcək işlərin müzakirə edilməsidir.
Görüşdə Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və aktiv layihələr barədə məlumat verilib. Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, Məqsədli proqramlar, Peşə hazırlığı və peşəyönümü məsləhəti, özünüməşğulluq proqramı barədə müzakirələr aparılıb.
Həmçinin, İctimai Birlik tərəfindən qadın sahibkarlar arasında özünüməşğulluğun inkişafı üçün texniki yardımın göstərilməsi, ailə sahibkarlığı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc