Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azəbaycanda vaksinasiya yaşı azaldıla bilər



Newscenter.az.29.10.2021. Azərbaycanda vaksinasiya üçün aşağı yaş həddinin azaldılması məsələsinə baxılır.

Newscenter.az-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu istiqamətdə hər hansı bir qərar yoxdur, ancaq məsələ müzakirə olunmaqdadır.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev də parlamentdə vaksinasiya yaşının azaldılmasını təklif edib. O qeyd edib ki, virusa yoluxma sürətlə artmaqdadır və bu baxımdan vaksinasiya yaşının azaldılması vacibdir.

Hazırda Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər vaksinasiyaya cəlb edilib. 12-18 yaşlı yeniyetmələrin peyvənd olunması üçün isə vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb olunur.
Xəbəri paylaş