Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Tarix: 29-10-2021, 17:45
Newscenter.az.29.10.2021. Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Newscenter.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-i saat 06:00-dək uzadılıb.