Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Məşğulluq Agentliyində İctimai Şura üzvləri ilə görüş olub



Newscenter.az.29.10.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Nazirlik yanında İctimai Şura üzvləri ilə görüş olub.

Newscenter.az xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Şura üzvlərinə qurumun fəaliyyət istiqamətləri, görülən işlər, həyata keçirilən islahatlar, rəqəmsal məşğulluğa keçid istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Agentliyin əsas strateji məqsədlərinin əhalinin məşğulluq səviyyəsini artırmaq, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməklə vətəndaş məmnunluğuna nail olmaq olduğunu bildirib.

İctimai Şuranın sədri Elşad Məmmədov və digər üzvlər qurumun fəaliyyətini izlədiklərini, məşğulluq sahəsi ilə bağlı vətəndaşlardan gələn müraciətləri Agentlik əməkdaşları ilə bölüşdüklərini və həlli istiqamətində addımların atıldığını qeyd ediblər.

Görüşdə Vətən müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi üçün görülən işlər barədə danışılıb və bu baxımdan “Məşğulluq marafonu”nun həyata keçirilməsi yüksək qiymətləndirilib. Gələcəkdə daha sıx əməkdaşlıq üçün imkanlar müzakirə edilib.

Sevinc
Xəbəri paylaş