Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gender Konsepsiyası və Gender Bərabərliyi mövzusunda onlayn təlim keçirilib



Newscenter.az.29.10.2021. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qida təhlükəsizliyi, qidalanma, kənd təsərrüfatı məhsuldarlığı, təbii resursların idarəçiliyi və kənd əhalisinin həyatını yaxşılaşdırmaq vəzifəsinin əsasını gender bərabərliyi təşkil edir. Buna əsaslanaraq, gender mövzusu FAO-nun mövcud strategiyası çərçivəsində əsas prioritet mövzu kimi müəyyən olunub.

Newscenter.az xəbər verir ki, gender bərabərliyi ilə bağlı milli və beynəlxalq öhdəlikləri nəzərə alaraq, FAO -nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi gender qrupu və FAO -nun Azərbaycandakı ofisinin təşkilatçılığı ilə gender bərabərliyi anlayışları haqqında məlumatlılığı artırmaq və yerli layihələrdə bu məsələyə dair bilikləri gücləndirmək üçün iki günlük onlayn seminar baş tutub. Seminarda qida itki və tullantılarında gender və gender bərabərliyi və bunlar arasındakı əlaqə, eyni zamanda gender problemlərinin bu sahədə həll edilməsi ilə ilə bağlı praktiki həllər təklif edilib.

Təlimin baş tutmasında əsas məsəd gender bərabərliyi anlayışları, Azərbaycanın milli və FAO -nun gender bərabərliyi ilə bağlı qlobal öhdəlikləri haqqında məlumatlılığı artırmaq və ölkədəki kənd qadınlarının mövcud vəziyyətini təqdim etmək idi. Təlimdə FAO layihə heyəti və milli tərəflər (Azərbaycanda qida dəyər zəncirləri və qida tullantıları sahəsində çalışan əlaqədar ictimai, hökumət və özəl qurumlar). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Dərnəyinin, Müstəqil İstehlakçılar Birliyinin (İB), Azərbaycan Qablaşdırma Birliyinin, Azersun Holding, Araz və Oba supermarketlərinin nümayəndələri, FAO-nun gender sahəsi üzrə beynəlxalq ekspertləri iştirak ediblər.

Təlim sonunda iştirakçıların qida dəyər zəncirlərində qadın və kişilərin rolunun artırılmasında, gender və gender məsələlərinin inklüziv şəkildə həyata keçirilməsinin cəmiyyətdə tətbiqinin bir hissəsi olacağı planlaşdırırlır.

Təlim FAO-Türkiyə Tərəfdaşlıq Proqramı, GCP/SEC/015/TUR tərəfindən maliyyələşdirilən "Region Ölkələrində Qida Tullantılarının və İtkisinin Azaldılması" layihəsi çərçivəsində baş tutub. Bu layihənin əsas məqsədi milli qida sistemləri və iqlim dəyişikliyi kontekstində qida itkisi və tullantıların azalmasına töhfə verməkdir. Layihə Azərbaycan da daxil olmaqla Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanda həyata keçirilir və xarici beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və onlardan faydalanmaq məqsədi daşıyır, Qida İtkisi və Tullantılarını ölçmə və mühasibatlığı, azaldılması metodologiyaları, məlumatlandırmanın artırılması və məlumatların yayılması sahəsində texniki məsləhət və biliklər verir.

Mehman
Xəbəri paylaş