Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İncəsənət sərhəd tanımır" adlı sərgi keçirilib



Newscenter.az.29.10.2021. Azərkitab-Kitab Mərkəzində " İNCƏSƏNƏT SƏRHƏD TANIMIR " adlı sərginin açılış mərasimi baş tutdu. Newscenter.az xəbər verir ki, sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü münasibəti ilə hər kəsi təbrik etdi.

Bu Zəfəri bizə qazandıran başda Ali Baş Komandan olmaqla bütün hərbçilərimizə, qazilərimizə can sağlığı arzuladı və şəhidlərimizə uca Allahdan rəhmət dilədi. Və bu sərgi "Azərkitab" Kitab Mərkəzi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə fotoqraf Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin " İNCƏSƏNƏT SƏRHƏD TANIMIR " adlı ilk birgə yaradıcılıq sərgisidir. Layihə Azərbaycanda bir ilkdir və çox maraqlı alındığı üçün şad olduğunu qeyd etdi. Daha sonra çıxış edənlərdən Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, fotoqraf Xuan Rodrigo Labardini Flores, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Parricia Serrano, Argentinanın Azərbaycandakı səfiri Sergio Perez Gunella, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Mustafa Kemal Beyazbayram, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran, Millət vəkili Aqil Abbas, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Milli Məclisin Aqrar komitəsinin sədri millət vəkili Tahir Rzayev, Millət vəkili Azər Badamov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov , Milli Qəhrəman İbad Hüseynli , gənc rəssam Arzu Əhmədlinin atası Ağcabədi rayon icra başcısının birinci müavini,Yap'ın Ağcabədi rayon üzrə sədri Rövşən Əhmədov çıxışlarında belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildirdilər. Hər iki sənətkarı bu möhtəşəm sərgiləri üçün təbrik edib uğurlar arzuladılar. Və hər zaman layihələrinin originallığı fərqlənən Elnurə və Aygün İsgəndərovalara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Sonra təşkilatçılar və sənətkarlar səfirlik və "Azərkitab" Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olundular. Qeyd edək ki, sərgidə fotoqraf Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görkəmli yerlərini özündə əks etdirən 20 əsəri və gənc rəssam Arzu Əhmədlinin 10 rəsm əsəri nümayiş olunurdu.

Sonda sərginin qonağı, sevilən kaman ustası Şəhriyar Musayev biri-birindən rəngarəng ifaları ilə qonaqları valeh etdi.
İştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış oldular.
Xəbəri paylaş