Peyvənd olunanların sayı açıqlanıb
Tarix: 29-10-2021, 18:55
Newscenter.az.29.10.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 044 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 556 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 488 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 567 956, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 377 464 təşkil edir.