Newscenter.az.29.10.2021. “Artıq üfüqdə olan Cümhuriyyətimizin yüzilliyi ərəfəsində heç bir gücün, heç bir çirkin ssenarinin, Türkiyəyə yönəlmiş hiyləgər hücumun bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 98-ci ildönümü münasibətilə facebook sosial şəbəkəsi üzərindən yaydığı təbrik mesajında qeyd edib.
Dövlət başçısı qeyd edib ki, millət olaraq ən böyük zəmanətimiz olan birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı möhkəm tutaraq, böyük və güclü Türkiyə davamızın gerçəkləşməsi üçün mübarizə aparacağıq:
“Milli mübarizəni zəfərə çatdıran, Cümhuriyyətimizə həyat verən polad iradə 98 ildə olduğu kimi bu gün də bizə yol göstərəcək”.
Mehman