Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir



Newscenter.az.29.10.2021. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi kimi bir sıra tələblərə riayət olunması vəziyyəti yoxlanılır.

Newscenter.az xəbər verir ki, bu həftə 4914 obyektdə aparılmış monitorinqlər zamanı 593 halda pozuntulara yol verilməsi halları aşkar edilib, 84 nəfərin maskasız halda obyektlərə daxil olması, 509 halda isə ticarət obyektlərinin işçilərinin maskalardan istifadə etməməsi müəyyən olunub. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlıq subyektləri karantin qaydalarına tam əməl etməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, müştərilər arasında sosial ara məsafəsinin qorunmasına ciddi nəzarət edilməli, maskadan istifadə etməyən şəxslərin ticarət obyektlərinə daxil olmasına yol verilməməlidir. Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdirilir.

Sevinc
Xəbəri paylaş