Newscenter.az.29.10.2021. "Bu gün qardaş Türkiyə öz Cümhuriyyət bayramını qeyd edir. 1923-cü ilin 28 oktyabrında böyük Atatürk “Əfəndilər, yarın Cumhuriyyət elan edəcəyik” deyərək ertəsi günü Cumhuriyyəti elan etməklə Türk millətinin taleyini dəyişdi. 98 il öncə dünyaya günəş kimi doğan Türkiyəmizin quruluş il dönümü münasibəti ilə deputat həmkarım Kamal Cəfərovla birgə Bakıda Türk Şəhidliyini ziyarət edib ehtramımızı bildirdik, qardaş dövlətimizin bizimlə bərabər daim yüksəlməsini arzuladıq2.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri həmişə unikallığı ilə seçilir və hazırda beynəlxlaq müstəvidə paralel aparıb müqayisə edəcəyimiz oxşar format yoxdur:
"Bu mənada ən uyğun ifadə heç şübhəsiz ki, Ümummilli liderin "bir millət iki dövlət" tezisidir. Azərbaycan-Türkiyə münasibətlərində həmişə doğmalıq olub, amma tarixin heç bir dövründə münasibətlərimiz indiki ali səviyyəyə qalxmayıb. Cənab İlham Əliyevin Azərbaycan xalqı və Türk dünyası qarşısında ən böyük xidmətlərindən biri heç şübhəsiz Türkiyə ilə münasibətlərimizin hazırkı səviyyəyə yüksəldilməsidir. Özünün ən ali inikasını Şuşa Bəyannaməsinə tapan bu qardaşlıq yalnız bizə yox bütövlükdə bölgəyə, regiona fayda gətirməkdədir. Bu gün birliyimiz Cənubi Qafqazda sülh və əminamanlığın, inkişaf və tərəqqinin ən etibarlı qarantıdır".
NEWSCENTER.AZ