Newscenter.az.30.10.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 test icra olunub.