Bakı metrosunda koronavirusa yoluxan 2 şəxs saxlanılıb
Tarix: 30-10-2021, 15:04
Newscenter.az.30.10.2021. Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan 2 nəfər müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.