Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda bir neçə kafe və restoran cərimə olundu



Newscenter.az.30.10.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 29-da ölkə üzrə 392 ictimai iaşə obyektində 673 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, M. Hüseyn 88, m 5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə 34 ünvanında yerləşən, fiziki şəxs Ramazan Abdullayev Miri oğluna məxsus “Qədim Bağ” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən, hüquqi şəxs "Dana Burger-Çi" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 107 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr. 81 ünvanında yerləşən, fiziki şəxs Niyazov Pərviz Valeh oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sevinc
Xəbəri paylaş