Newscenter.az.30.10.2021. Xarici işlər naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetində (BDU) tələbələrə mühazirə oxuyub.
Newscenter.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Ceyhun Bayramov isə özünün tviterdəki hesabında bir neçə ali təhsil ocağının tələbələri ilə görüşdüyünü bildirib.
“Bu gün ölkəmizin 8 ali təhsil ocağından tələbələrlə çox səmimi və maraqlı görüşümüz oldu. 44 günlük Vətən mühariəsi sonrası Azərbaycanın xarici siyasəti barədə tələbələri maraqlandıran sualları cavablandırdım”, - C.Bayramov yazıb.
Nazir görüşə ev sahibliyi edən BDU-ya təşəkkür edib.