Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DMX rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib



Newscenter.az.30.10.2021. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.

Newscenter.az-a Xidmətdən bildirilib ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Arzu
Xəbəri paylaş