Newscenter.az.30.10.2021. Qazilərə qarşı polis zorakılığından sonra onların ailələrinə təzyiqlər və represiyalar başlayıb. Cəlilabad rayonunda polis zorakılığına məruz qalan Qazi Nahid Məmmədovun atası 2-ci qrup gözdən əlil, bloqer Saməddin Məmmədov yaşadığı Cəlilabad rayon səhiyyəsinin bərbad vəziyyətindən, yerli icra hakimiyyətinin özbaşınalığından, rayondakı korrupsiyadan bəhs edən video çıxışından sonra polislər tərəfindən oğurlanıb.
Newscenter.az xəbər verir ki. belə bir iddia ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının sədri Qubad İbadoğlu çıxış edib. Onun sözlərinə görə, iki gündür ki, ailəsi ondan xəbərsizdir:
"Bu barədə məlumatı dərc etməyi Qazi Nahid Məmmədov xahiş edib. Görünən odur ki, hakimiyyət artıq lokal səviyyədə yerli məmurlardan etirazlardan da ciddi narahatdır. Etiraz bildirən nə Qaziyə, nə də əlilə güzəştə getmir".
ubad İbadoğlu bildirib ki, hazırkı yaşam şərtləri çərçivəsində yerli səviyyədə etirazların kütləviləşməsindən qorxan hakimiyyət güc strukturları zorakı vasitələrlə etiraz səslərini boğmağa çalışır:
"Hakimiyyət etirazçı səsləri boğmaqla heç nəyə nail ola bilməyəcək. Hesab edirəm ki, problemin həlli sosial durumun yaxşılaşdırılmasından və siyasi məhbusların, o sıradan da Saməddin Məmmədovun azadlığından keçir".
Mehman