Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komitə rəsmisi: "Bəzi vətəndaşlarımız İranın təsiri altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar"

Komitə rəsmisi: "Bəzi vətəndaşlarımız İranın təsiri altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar"


Newscenter.az.30.10.2021. "Bu gün də, bəzi vətəndaşlarımız İranın, digər ölkələrin təsir altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov səsləndirib. O bildirib ki, Azərbaycanın dünyəvi dövlət modeli, eləcə də multikultural və tolerant ənənələri çoxlarını qane etmir:

"Bəzi qüvvələr Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyillərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışırlar. Ancaq bildirmək istəyirəm, dövlətimiz öz ideoloji sütunlarını qorumaq üçün kifayət qədər qüdrətə və imkanlara sahibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də digər müvafiq dövlət qurumlarımız bu kimi cəhdlərin qarşısını alır və bundan sonra da alacaq”.

Mehman
Xəbəri paylaş