Ötən gün 392 ictimai iaşə obyektində 673 monitorinq keçirilib
Tarix: 30-10-2021, 22:00
Newscenter.az.30.10.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 29-da ölkə üzrə 392 ictimai iaşə obyektində 673 monitorinq keçirib.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Sevinc