Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il 804 Ermənistan vətəndaşı Almaniyada oğurluq etdiyinə görə saxlanılıb



Newscenter.az.30.10.2021. Almaniya ötən il 600-dən çox Ermənistan vətəndaşının yaşamaq icazəsini ləğv edərək ölkələrinə deportasiya edib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2020-ci il ərzində 804 Ermənistan vətəndaşı oğurluq faktına görə saxlanılaraq məsuliyyətə cəlb olunub: “Onların əkəriyyəti konkret şikayət əsasında saxlanılıb. Saxlanılan şəxslərin 70 %-i ticarət obyektlərindən qiymətli əşyaları oğurlamaqda ittiham olunublar”.

Nazirlikdən bildirilib ki, ötən il Almaniyada ticrət mərkəzlərindən oğurluq edən 205 223 şəxs saxlanılıb. Onların 119 834-ü Almaniyanın, 85 389-u isə xarici ölkələrin vətəndaşlarıdır.
Xəbəri paylaş