Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabad polisi reyd keçirib



Newscenter.az.30.10.2021. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və tətbiq olunan qaydalara riayət olunması məqsədilə nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, növbəti belə bir tədbir rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda baş tutub.

Keçirilən tədbirlər zamanı sakinlərin əksəriyyətinin qaydalara riayət etmələri müşahidə olunsa da, lakin bəzi vətəndaşlar tətbiq olunan qaydalara laqeyd yanaşaraq, qapalı məkanlara daxil olarkən tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Analoji qayda pozuntularına ictimai nəqliyyatda da rast gəlinib.

Qaydaları pozan vətəndaşlarla şöbə əməkdaşları izahedici söhbətlər apararaq qaydalara riayət etmələrinin vacibliyi barədə məlumatlar veriblər. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş