Newscenter.az.30.10.2021. “Xaricdə dini təhsil alan bəzi gənclər öz mənəvi dəyərlərini, tarixi keçmişini unudurlar. Adət-ənənələrimizə, milli bayramlarımıza qarşı çıxırlar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik" mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib. Komitə rəsmisi bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib.
S. Heydərov təəssüf hissi ilə vurğulayıb ki, ölkəmizdə mövcud olan milli və dini həmrəyliyin pozulmasına, məzhəbçiliyin güclənməsinə yönəlik cəhd hallarına da rast gəlinir.
Mehman