Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Baş konsulunu qətlə yetirən ASALA terrorçusu Ermənistana sığınıb



Newscenter.az.30.10.2021. Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA erməni terror qruplaşmasının üzvü Xambik Sasunyan Ermənistandadır.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyası məlumat yayıb.

X.Sasunyan Ermənistana səfəri barədə feysbuk səhifəsində paylaşım edib.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş erməni Xampiq Sasunyan 2019-cu ilin dekabrında Kaliforniya ştatı Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Xampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (“Armenian Youth Federation”) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınayıb.

Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciəti təmin etməyib. 2016-cı ildə Kaliforniyanıən Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin aprelində Sasunyanın azadlığa buraxılması ilə bağlı bunları bildirmişdi: “Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”.
Xəbəri paylaş