Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda da qərbin maliyyəsi əsasında formalaşan QHT VƏ MEDİA ŞƏBƏKƏSİ

Azərbaycanda da qərbin maliyyəsi əsasında formalaşan QHT VƏ MEDİA ŞƏBƏKƏSİ


Newscenter.az.31.10.2021. "Post sovet ölkələrinin hamısında QHT və media sahsində izlənilən bir tendensiya var. Bu ölkələrdə qərbin maliyyəsi ilə formalaşmış QHT və media şəbəkəsi daha sonra elə qərbin nüfuzunun, maraqlarının əleyhinə işlədi".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva deyib ki, bir müddətdən sonra isə, mənsub olduqları ölkədə həm də kənar sifarişlərin ictimai legitimləşməsinin xidmətində odular. Yeganə Hacıyeva qeyd edib ki, bu tendensiya onun diqqətini ilk dəfə hələ 2009 cu ildə ATƏT-in İnsan Haqqları konfranslarında Tacikstandan olan insan haqqları müdafiəçilərinin Talibanın müdafiəçisi qismində çıxışından sonra çəkib:

"Azərbaycanda isə eyni tendensiyanı 2011 ci ildən ( daha əvvəl də əlbəttə mövcud olub ) izləməyə başladım. Azərbaycanda da qərbin maliyyəsi əsasında formalaşan QHT və media şəbəkəsi uzun illər qərbin maraqlarının əleyhinə işlədi. Hələ onda aydın idi ki, şəbəkənin Azərbaycanda dövlətin maraqlarının əleyhinə işləyən şəbəkəyə çevrilmsi sadəcə zaman məsələsi idi və bu da baş verib".

Ekspert onu da bildirib ki, son həftələr baş verən İranla gərginlik bunu sübüt etdi:

"Ayrı zamanların səsli-küylü dövlət institutlarının tənqidçiləri İranla bağlı bir kəlmə də danışmadı. Bir qismi isə ümumiyyətlə İranın maraqlarının müdafiəçisi qismində çıxış etdi. Bu gün üçün, bu şəbəkənin Avropa Şurasında lobbiçiliyini apardığı iki işin ikisinin də sifarişçisi ermənistan və irandır".

Mehman
Xəbəri paylaş