Newscenter.az.31.10.2021. "Bugün oktyabrın 31-də dünyanın əksər yerlərində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Avropda qış mövsümünə keçdilər, saatı da 1 saat geri çəkdilər. Azərbaycanda isə saatlarda dəyişiklik olmasa da qış mövsümünə keçid də noyabrın 15-də gözlənilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib. O bildirib ki, ötən ilin bu vaxtları əsgərlərimizin bəxtindən havalar mülayim keçirdi:
"Bu il havalar əvvəlki illərə nisbətən daha soyuq keçsə də "Azəristiliktəhcizat" mənzillərə hələ də istilik vermir. Çox güman ki, istilik verilməmişdən əvvəl qiymətlər yenidən bahalaşacaq, yaxın günlərdə bunun şahidi olacagıq. Əvvəl yazmışdım, bir daha təkrar edirəm, əvvəllər yaşadığım ABŞ-da
və indi olduğum Böyük Britaniyada evlərə istiliyin verilməsi çöldəki hərarətə uyğun tənzimlənir. Azərbaycan da bu sistemə keçməlidir. Belə olan halda hətta qışda havalar isti keçərsə, o zaman istiliyə fasilə verilə bilər. Odur ki, "Azəristiliktəhcizat" təqvimlə istilik verilməsindən imtina etməli, Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə günü sabahdan mənzillərə, sosial müəssisələrə, xəstəxanalara, məktəblərə, uşaq baxçalarına istilik verməyə başlamalıdır".
Mehman