Newscenter.az.31.10.2021. "Azərxalça" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradov azadlığa buraxılıb.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verib.
Bildirilib ki, V.Muradov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi humanist qərar qəbul edib.
Belə ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan "Azərxalça"nın sabiq rəhbəri barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb.