Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Türkiyədən alma və alma şirəsi ixracı artıb

Bu il Türkiyədən alma və alma şirəsi ixracı artıb


Newscenter.az.31.10.2021. Bu ilin 9 ayında Türkiyədən alma və alma şirəsi ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə - müvafiq olaraq 65 və 62 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Egey Bölgəsi İxracatçılar Birliyi məlumat yayıb.

İllik həcmi 4,3 milyon ton olan Türkiyə üç dünya alma istehsalçısından biridir.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyədən alma ixracı illik hesablamada 65 faiz - 78 milyon ABŞ dollarından 129 milyon ABŞ dollarına, alma şirəsi isə 62 faiz artaraq 86 milyon ABŞ dollarından 139 milyon ABŞ dollarına yüksəlib.

Hindistana alma tədarükü nəzərəçarpacaq dərəcədə artıb. Cənubi Asiya ölkəsi Rusiyanı qabaqlayaraq türk alma idxalçıları arasında birinci yerə çıxıb. Rusiya hesabat dövründə Türkiyədən 32 milyon ABŞ dolları dəyərində alma alıb və ikinci yeri tutub. Üçüncü yerdə isə İraq gəlir.

Alma şirəsinin ixracına gəlincə, yanvar-sentyabr aylarında Türkiyədən bu məhsulun əsas idxalçısı ABŞ, ikinci yerdə Niderrland, üçüncü yerdə isə Böyük Britaniya qərarlaşıb.

İlin sonuna qədər türk alma və alma şirəsinin ixracının 400 milyon ABŞ dollarını, yaxın gələcəkdə isə 1 milyard ABŞ dollarını ötəcəyi gözlənilir”, - deyə Uçak bildirib.
Xəbəri paylaş