Newscenter.az.31.10.2021. Qubadlı rayon İcra Hakimyyətinin başçısı Malik İsaqov və həmin rayondan deputat İmamverdi İsmayılov özünə "çətir tutan" işçi götürüb.
Bakıvaxtı.az xəbər verir ki, Vətən müharibəsi şəhidinin məzarı önündə işçiləri icra başçısının və deputatın başının üzərində çətir tutub.
Onların bu addımı sosial şəbəkələrdə ictimaiyyətin müzakirə obyektinə çevrilib, kəskin tənqid olunublar.
Sosial şəbəkə istifadəçiləri bildirib ki, dövlət başçısı özü çətirini daşıyır, amma yerli icra hakimiyyətinin başçısı və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 30 ilə yaxındır mandat alan İ.İsmayılov isə işçi götürüblər.