Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan altılıq formatında əməkdaşlığa maraqlı görünmür



Newscenter.az.31.10.2021. "Cənubi Qafqazda altılıq formatında əməkdaşlığın təmin olunmasında maraqlıyıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 zirvə görüşünün nəticələrinə dair keçirdiyi mətbuat konfransında səsləndirb. Türkiyə prezidenti qeyd edib ki, həm Amerika dövlət başçısı Co Bayden, həm də Fransa prezidenti Emmanuel Makronla görüşlərdə rəsmi Ankaranın Cənubi Qafqazla bağlı mövqeyi ortaya qoyulub.

Rəcəb Tayyib Ərdoğan deyib ki, sözügedən əməkdaşlıq formatında Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın təmsilçiliyi müzakirə mövzusudur: "Altılıq olaraq belə bir addım atıb bölgəyə sülh gətirilməsini arzulayırıq. Bu mövzuda cənab İlham Əliyev Ermənistana belə bir təklif irəli sürdü. Gürcüstanın bir qədər bu əməkdaşlığa maraqlı olmadığı müşahidə edilir".

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, əgər sözügedən bütün ölkələr bu əməkdaşlığa maraqlı olsa altılıq formatında platforma yaradıla bilər: "Nəticə etibarilə bölgədə sülh təmin edilmiş olar. Biz də Türkiyə olaraq bu mövzuda Ermənistanla bağlı əlaqələri daha açıq şəkildə ortaya qoyarıq. Eyni zamanda Gürcüstan da Rusiya ilə əlaqələrini normal səviyyəyə gətirəcəyi halda bu da işimizi asanlaşdıracaq".

Mehman
Xəbəri paylaş