Lənkəranda 47 yaşlı kişi özünü asıb
Tarix: 31-10-2021, 10:28
Newscenter.az.31.10.2021. Lənkəran şəhərində intihar hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Digah kəndində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Rufullayev Vüqar Rufulla oğlunun meyiti evlərinin zirzəmisində aşkar olunub.
Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.