Newscenter.az.31.10.2021. Naftalanda 30 yaşlı kişi sirkə turşusu içib.
"Report"un məlumatına görə, şəhər sakini, 1991-ci il təvəllüdlü E.Baxşəliyev yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. E.Baxşəliyevin vəziyyəti hazırda qənaətbəxşdir.
Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.