Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş keçirilib



Newscenter.az.31.10.2021. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşün məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək, onların stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq idi.

Görüşdə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə təşkilatın məqsəd və vəzifələri, tələbələrlə görüləcək aktiv işlər barədə ətraflı məlumat verib. R. Əsədzadə hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini söyləyib.
İndiki gənclərin dünyaya baxışı fərqlidir. Artıq gənclər təhsilin mahiyyətini başa düşürlər, nə istədiklərini anlayırlar. Bu gün əmək bazarında müasir və innovativ biliklər nəzərə alınır və tələb olunur. Azərbaycan gənclərinin şəxsi ambisiyaları vardır. Hazırkı təhsil də bunu qarşılamalıdır.
AGMA da bu istiqamətdə tələbələrdən başlayaraq inkubasiya sisteminin əsasını qoymaqla gələcək müəllimlərin formalaşmasında mühüm irəliləyişlərin olacağını hədəfləmişdir.

Həmçinin görüşdə tələbələrlə müəllimin pedaqoji bacarıqları, ideal müəllim, yaxşı tədrisin elementləri və müəllim imici kimi mövzular müzakirə edildi, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirildi.

Mehman
Xəbəri paylaş