Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qədir-Xum” restoranının inzibatçısı məhkəməyə verildi

“Qədir-Xum” restoranının inzibatçısı məhkəməyə verildi


Newscenter.az.31.10.2021. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.



Mehman
Xəbəri paylaş