Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan administrasiyası Baydenlə Roma görüşünü müsbət adlandırıb



Newscenter.az.31.10.2021. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Türkiyə liderinin Romada keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşünü müsbət adlandırıb.

“Report” xəbər verir ki, bu barədə administrasiyasını tvitter səhifəsində qeyd olunub.

Bildirilib ki, müsbət atmosferdə keçən danışıqlarda ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.

“Lliderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”.
Xəbəri paylaş