Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan-Bayden görüşündən gözləntilər nədir?



Newscenter.az.31.10.2021. "Bu gün Ərdoğanla Bayden arasında görüş olacaq. Görüşdə "F"-lər məsələsi müzakirə edilməlidir".

Newscenter.az xəbər verir ki, belə b9ir açıqlama ilə çıxış edən siyasi ekspert Elman Vəliyev deyib ki, Amerika F-35 proqramından Türkiyəni xaric edib:

"F-16 məsələsində isə 50/50-yə dayanır. İki liderin görüşündən əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə həmkarı Sergey Lavrov görüşmüşdü".

Elman Vəliyev bildirib ki, Amerikanın istədiyi Türkiyənin S-400-lərdən imtina etməsidir:

"Türkiyə tərəfi də bunu etmədiyi üçün Aəmerikanın sanksiyalarına məruz qalır. Diqqət etdinizsə, Ərdoğan Putinlə görüşdükdən və S-400-lərdən imtina etməyəcəyini dedikdən sonra "Lirə" bir xeyli ucuzlaşdı. Zənn edirəm ki, bu görüşdə Ərdoğan bu məqamlara fokuslanacaq. Bu Türkiyə üçün çox önəmli məqamdır".

Ancaq ekspert hesab ermir ki, Türkiyə S-400-lərdən imtina etsin:

"Ola bilər ki, F-16 məsələsində uzlaşma ola bilər. Rusiya isə Türkiyənin Amerika ilə yaxınlaşması qarşılığında Suriyada əməliyyatlar aparacaq. Türkiyə tərəfi bu 2 önəmli məqamı tarazlaşdırmalıdır. Suriya da Türkiyə üçün çox önəmlidir. Türkiyənin tək tərəfli mövqe nümayiş etdirəcəyini hesab etmirəm".

Mehman
Xəbəri paylaş