Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hökumət yenidən camaatın cibinə əl qoyur



Newscenter.az.1.11.2021. 226 dövlət rüsumunun məbləği artırılır. Heç bir iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. Bu, büdcəyə əlavə vəsitin cəlb olunmasından başqa bir şey deyil. Hökumət iri şirkətlərin vergi potensialını büdcəyə cəlb etmək əvəzinə yenidən camaatın cibinə əl qoyur.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qadir İbrahimli səsləndirib. O qeyd edib ki, bu isə növbəti bahalaşmaya səbəb olacaq:

"Məsələn, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılması dərmanların bahalaşasına səbəb olacaq. Onsuz da dərman, eləcə də istehlak bazarının başqa seqmentlərində qiymətlər daim artır, rüsumların bahalaşması isə prosesi stimullaşdıracaq. Ancaq təəssüf ki, əhalinin gəlirləri artmır və yaxud cüzi artır ki, bu bahalaşma tempinə adekvat deyil".

Qadir İbrahimli bildirib ki, hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək və hətta vəziyyətin siyasi hakimiyyətin nəzarətindən çıxması ehtimalı da var.

"Ac qılınca çapar" atalar sözü havadan götürülməyib.

Mehman
Xəbəri paylaş