Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnam Kərimovun işdən qovduğu şəxs hansı yolla direktor təyin edildi?



Newscenter.az.1.11.2021. Bu məmləkətdə onsuz da hər şey kəllə-məyallaq gedir. Kimin nə işlə məşğul olduğu bilinmir. Dünən ortalıqda it qovalayan birinin, bu günləri qalstuk taxıb müdir işlədiyini görürsən. Ona görə də deyirəm ki, bu məmləkətdə hər şey tərs və kəllə mayallaqdır.


Əgər ölkədə hər şey düz və ədətli təmin edilsəydi, hər kəs özünün layiq olduğu yeri bilər, əndazəni aşmazdı. Doğrudan da, bu məmləkətdə ədalət deyilən bir mexanizm sistemi qurulmuş olsaydı, vəzifəyə layiq olmayan, korrupsioner, rüşvətxor şəxsləri qabağa çəkilməz, onlara yüksək vəzifə hədiyə olunmazdı.

Məsələn, götürək elə Çərkəz Şirinovu. Bu, o Çərkəzdir ki, Beyləqanda "Dostluq Damazlıq" sovxozunun direktoru vəzifəsində işləyərkən sovxozun damazlıq heyvanlarınin damazlığına haramçılıq qatıb.


Necə deyərlər, elə o vaxtdan Çərkəz sovxozun heyvanlarının damazlığını kəsib.
İndi belə bir şəxs necə olubsa, transfer olunub ETSN-ə?


Bəs, Kənd Təsərrüfatı Nazirliyinin uğursuz kadrı Çərkəz Şirinov hansı himayədarının qanadı altında ETSN-nə transfer olunub?


Reportyor.tv-yə verilən məlumatlara görə Çərkəz Şirinov tələbə yoldaşı, hazırda ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun köməyi ilə Göygöl rayon Meşələrin Mühafizəsi və Bərpası Regional İdarəsinə direktor vəzifəsinə təyin olunub.


Maraqlıdir, görəsən, Namiq Xıdırov bilirmi ki, tələbə yoldaşı KTN-nin "Dostluq" Damazlıq sovxozundan (indiki adı Aran Regional Mərkəzi) niyə qovulub? Əgər bilmirsə, biz ona məsləhət görürük ki, qanadı altına aldığı tələbə yoldaşının köhnə əməllərini araşdırsın. Araşdırsın ki, sonra onun da qanadı yanmasın.
Xəbəri paylaş