Newscenter.az.1.11.2021. İranın Azərbaycandakı şəbəkəsi ilə bağlı yazıların mediaya bir hissəsi yayımlanıb. Bir hissəsi isə hələ yayımlanmayıb. Amma mütləq dərc olunacaq.
Mən bu şəbəkənin diqqətini 2011-2014 cü ildə İranın Yaxın Şərqdəki müharibələrində cinayətləri haqqında yazmağa başlayandan çəkmişdim.
Onda Iranın qanlı generalı Qasım Süleymaninin rəhbərlik etdiyi hərbi dəstələr və iranın dəstəklədiyi hərbi qrupların Suriyada mülki əhaliyə qarşı müharibə çinayətləri haqqında yazılar yazmışdım.
Məsələn, 2011-ci ildə bir neçə nüfuzlu insan haqqları təşkilatları , yerli insan haqqları müdafiəçilərinə istinadən İranın cinayətlərin izlərini itirmək üçün vaqon tipli klimatoriya peçlərində öldürülənlərin yandırması haqqında hesabat dərc etmişdi paylaşmışdı.
2015-ci ildə isə İran və altılıq ölkələrinin İran Nüvə Sazişi haqqında yazımdan sonra açıq təxribatlarla üzləşmişdim. Onda bunun səbəbləri mənə çox aydın olmasa da, sonralar öyrəndim.
Belə ki, İran mediasını dərindən izləyən şəxslərdən biri, o yazının detallarının İran daxili mediasında tirajlandığını söylədi.
Daxildə mühavizəkar qrup yazının detallarını islahatçı qrupa qarşı " İran dövlətini gör necə zəiflədirsiniz" təbliğatı ilə istifadə etmişdi.
2019-cu ildə məlum hadisələrdən sonra isə bu şəbəkənin aktiv şəkildə Azərbaycan dövlətinin maraqlarına xidmət edən şəxsləri sıradan çıxarmağa başladığı insanların içində mən də var idim.
Dövlətin maraqlarını müdafiə edən dəyərli fikir adamlarını troll adlandırmaq, onları təkcə gözü kölgəli etmək cəhdi deyildi.
Çünki daha sonra onlar haqqında yazılan bu fikirləri, cəmiyyətdə onların nüfuz göstərici kimi qələmə verdilər. Amma bu həm də diğərlərinə "dərs" vermək idi ki, dövləti müdafiə edənlərin axırı budur.
Yəni mən bu araşdırmanı aparanda onun fəsadlarını göz altına almışdım, kampaniya başlayacaqlarını bilirdim.
Odur ki, təəccüblənmədim !
Mövzu dövləti müdafiədirsə , gerisi təəffərrüatdır...
Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert