Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rüsumların artımından əhali nə qədər xərcə düşəcək?



Newscenter.az.1.11.2021. "226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. O bildirib ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır:

"Gördündüyü ki, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artırcaq. Hesab edirəm ki, dövlət rüsumlarının əsaslandırılmadan kütləvi və yüksək artımları ilə bağlı dəyişikliklər əmək haqları 2 ildir ki, artmayan əhalini daha da pis duruma salmağa hesablanıb. Rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək".

Qubad İbadoğlu hesab edir ki, bu dəyişikliklərə hər kəsin etirazı vacibdir:

"Hökümət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır".

Mehman
Xəbəri paylaş