Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lazımi keyfiyyətli olmayan mal satıldıqda, alıcı hansı hüquqlara malikdir?



Newscenter.az.2.11.2021. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM-nin) 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə aşağıdakılardan birini tələb edə bilər:

- keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz
edilməsini.
- alış qiymətinin mütənasib surətdə azaldılmasını.
- malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada
aradan qaldırılmasını.
- malın qüsurlarının aradan qaldırılmasını.

Bu tələblərdən hər hansı birini irəli sürə bilmək üçün ilk növbədə, alıcıya lazımi keyfiyyətli olmayan mal satılmalı və malın qüsurları satıcı tərəfindən əvvəlcədən bildirilməmiş olmalıdır.

AR MM-nin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurları aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Göründüyü kimi, bu maddənin tələbləri elə mallara şamil edilir ki, onların xassələri aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermir.

Maddənin özündə belə malların adları çəkilsə də, nəzərə almaq lazımdır ki, bu, qəti siyahı deyil. AR MM-nin 624.4-cü maddəsi alıcı üçün alternativ davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən AR MM-nin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş