Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanov və Əli Əliyev arasında görüş keçirilib



Newscenter.az.2.11.2021. Bu gün Haqq Ədalət Partiyasının (HƏP) qərargahında HƏP sədri Əli İnsanovla Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilıib. Görüşdə HƏP Məclisinin sədri Zəlimxan Məmmədli ilə VİP sədrinin müavini Yuslif Vəliyev də iştirak edib.

Newscenter.az xəbər verir ki, görüşün dördlü formatda baş tutan 1-ci hissəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, partiyalaraarsı münasibətlər, müxalifətdaxili durum və siyasi proseslərin mümkün inkişafı müzakirə olunub.

Daha sonra Əli İnsanov və Əli Əliyev müzakirələri təkbətək davam etdiriblər. HƏP və VİP sədrlərinin ikili söhbətində ölkənin ümumi vəziyyəti və partiyalararası əməkdışlıq imkanları dəyərləndirib.

Müzakirələrin yekununda ikitərəfli məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.

Mehman
Xəbəri paylaş